COP29 könüllüləri “Eco Enacthon” layihəsində iştirak ediblər
COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkilatçılığı ilə 29-30 avqust tarixlərində Heydər Əliyev Mərkəzində COP29 könüllüləri üçün “Eco Enacthon” layihəsi keçirilib.
"Report" xəbər verir ki, layihədə könüllülər aktual ekoloji problemlərin həlli istiqamətində orijinal və innovativ layihələrin hazırlanması ətrafında bir araya gəliblər.
Tədbirin ilk günündə könüllülər ixtisaslaşmış ekspertlər tərəfindən iqlim dəyişmələri və dayanıqlılıq, tullantıların idarəedilməsi və çeşidlənməsi kimi müxtəlif ekoloji, eyni zamanda dayanıqlı biznes ideyalarının təkmilləşdirilməsi, məhsul brendlərinin yaradılması və idarəedilməsi kimi praktiki mövzularda təlimlərdə iştirak ediblər.
Əldə edilən nəzəri və praktiki biliklər proqramın ikinci günündə təşkil olunan ekoloji layihə müsabiqəsində öz tətbiqini tapıb.
Belə ki, “Eco Enacthon” yarışının qaydalarına əsasən, bir neçə komandaya bölünən könüllülər gün ərzində verilən tapşırıq və mövzular üzrə öz layihələrini inkişaf etdirərək münsiflər heyəti qarşısında təqdim ediblər. Nəticədə, ən kreativ yanaşma ilə işlənilən və daha çox aktuallıq kəsb edən layihələr qalib elan edilib, müvafiq komanda üzvlərinə mükafatlar təqdim olunub.
Oxşar xəbərlər
COP29 Könüllüləri “Təkrar emal fəalları” adlı təmizlik aksiyası keçiriblər
COP 29 könüllüləri üçün festival təşkil olunub
COP29 könüllüləri paytaxtda “Yaşıl gələcək naminə toxum ək” şüarlı aksiya keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
