Salyanda ötən illə müqayisədə meyvə və giləmeyvə istehsalı artıb
Salyanda bu il meyvə və giləmeyvə bağlarından 5 216,0 ton məhsul yığılıb.
Bu barədə “Sizinxeber.az”un Aran bürosuna Salyan Rayon Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 238,5 ton çox olub.
Yığılan məhsulun 545,0 tonunu xurma, 3 392,3 tonunu nar, 71,1 tonunu alma, 43,1 tonunu armud, 461,7 tonunu heyva, 59,3 tonunu ərik, 38,4 tonunu albalı, 47,5 tonunu şaftalı, 90,4 tonunu gavalı, 109,4 tonunu alça, 18,5 tonunu gilas, 0,7 tonunu fındıq, 46,0 tonunu zeytun, 31,2 tonunu digər meyvələr təşkil edir.
Həmçinin məhsul istehsalçıları 261,4 ton giləmeyvə toplayıblar.
Qeyd edək ki, rayonda 924,5 hektar sahədə meyvə və giləmeyvə bağları salınıb.
Oxşar xəbərlər
Cəlilabadda ötən illə müqayisədə meyvə və giləmeyvə istehsalı artıb
Azərbaycandakı taxıl sahələrinin 98 %-də biçin başa çatıb
İmişlidə meyvə və giləmeyvə yığımı yekunlaşıb
BTC ilə tranzit neftin nəqli 8%-dən çox artıb
Azərbaycanda gündəlik neft hasilatı 569 min barel təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
