Azərbaycandakı taxıl sahələrinin 98 %-də biçin başa çatıb
Azərbaycanda payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 995,7 min hektar sahənin 979,3 min hektarı və yaxud 98,3 %-i biçilərək məhsulu yığılıb.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sahələrdən 2 937,3 min ton məhsul toplanıb, məhsuldarlıq 30 sentner olub.
Məhsulun 1 680,3 min tonunu və yaxud 57,2 %-ni buğda, 1 227,4 min tonunu və yaxud 41,8 %-ni arpa, 29,6 min tonunu və yaxud 1 %-ni isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.
26 rayonda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. Naxçıvan Muxtar Respublikasında və 29 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90 %-dən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90 %-dən aşağı olub.
Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,4 sentner), Ağcabədi (müvafiq olaraq 44,4), Sabirabad (43,4), Salyan (42,0), Bərdə (41,6), Ağdam (41,5), Saatlı (41,0), İmişli (39,6), Samux (37,6), Zaqatala (36,1) və Beyləqan (35,9) rayonlarında olub.
Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (224,7 min ton), Şəki (152,7 min ton), Ağcabədi (144,9 min ton), Füzuli (130,7 min ton), Kürdəmir (125,2 min ton), Ağsu (108,2 min ton), Hacıqabul (106,2 min ton) və İsmayıllı (97 min ton) rayonlarında müşahidə olunub.
Oxşar xəbərlər
Cəlilabadda taxıl biçini başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İmişlidə taxıl biçini yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Biləsuvarda taxıl biçini yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda taxıl zəmilərinin 73 %-də biçin başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İmişlidə əkin sahələri azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












