Nazir: “Azərbaycan Belarusun aqrar şəhərciklərin salınması təcrübəsinə maraq göstərir”
Azərbaycan Belarusun aqrar şəhərciklər və aqrar-sənaye komplekslərinin salınması təcrübəsinə böyük maraq göstərir.
“Sizinxeber.az” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Belarusun xarici işlər nazirinin müavini İqor Nazarçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.
Görüşdə nazirliyin rəhbər şəxsləri, Belarusun müxtəlif dövlət qurumlarının təmsilçiləri iştirak ediblər.
M. Məmmədov bildirib ki, ölkəmiz Belarusla kənd təsərrüfatı sahəsində əməkdaşlığa mühüm əhəmiyyət verir. İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri zamanı əsas müzakirə mövzularından birinin aqrar sahədə əməkdaşlığı genişləndirmək olduğunu xatırladan nazir bu istiqamətdə davamlı iş aparıldığını vurğulayıb.
Nazir iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi həcminin artırılması üçün böyük potensial olduğunu bildirib.
İ. Nazarçuk iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın artan temp üzrə inkişaf etdiyini bildirib. May ayında Bakıda keçirilən 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro”da ölkəsinin xüsusi pavilyonla təmsil olunduğunu və Azərbaycan nümayəndə heyətinin “Belagro” sərgisində iştirak etdiyini xatırladan nazir müavini bu cür platformaların qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət etdiyini deyib.
İ. Nazarçuk bildirib ki, hər iki ölkənin aqrar sahənin müxtəlif istiqamətlərinə dair zəngin təcrübəsindən qarşılıqlı faydalanmaq istəyi Azərbaycanla Belarus arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir.
Görüşdə Azərbaycan və Belarus arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın aktual mövzuları ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Aqrar Xidmətlər Agentliyinə yeni sədr müavini təyin edilib
Azərbaycan Özbəkistanla aqrar məhsulların dövriyyəsini artırmağı müzakirə edib
Daşkəsəndə Aqrar Biznes Festivalı keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Trampın təhdidindən sonra İran nümayəndə heyəti danışıqları tərk etdi
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
