Rusiyanın biznes missiyası sentyabrın sonunda Bakıya gələcək
Rusiya Federasiyasının Kənd Təsərrüfatı Məhsullarının İxracının İnkişafı üzrə Federal Mərkəzi (“Aqroeksport”) gələn ayın sonunda Azərbaycana biznes missiya təşkil edəcək.
"Report" bu barədə "Aqroeksport"a istinadən xəbər verir.
İşgüzar missiyanın Bakıya səfəri sentyabrın 24-26-na nəzərdə tutulub.
Nümayəndə heyətində Azərbaycana kənd təsərrüfatı məhsulları ixrac edən Rusiya şirkətləri təmsil olunacaq.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında Rusiya birinci yerdə qərarlaşıb. Bu dövrdə Azərbaycandan Rusiyaya 641 milyon 87 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Rusiyaya əsasən meyvə-tərəvəz, meyvə şirələri, ilkin formalı propilen sopolimerləri və digər məhsullar tədarük edilib.
7 ayda Azərbaycanla Rusiya arasında ümumi ticarət dövriyyəsi, ölkənin ticarət dövriyyəsinin 9,6 %-nə bərabər olub.
Oxşar xəbərlər
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2.5 mlrd. dolları ötüb
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi bu il 2.5 mlrd. dolları ötüb
Bu il Azərbaycan 14 milyon tondan çox neft ixrac edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
