Macarıstan universiteti ilə “Agro dairy” şirkəti arasında memorandum imzalanıb
Azərbaycanda səfərdə olan Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti (MATE) rektoru Çaba Gurica ilə “Agro dairy” şirkətinin bitkiçilik istiqaməti üzrə icra direktoru Ramil Məmmədov birgə əməkdaşlıq haqqında memorandum imzalayıblar.
APA-nın yerli bürosunun məlumatına görə, Samux şəhəri Heydər Əliyev Mərkəzində keçirilən brifinqdə Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman və Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin rektoru Çaba Gurica “Agro dairy” şirkəti ilə birgə əməkdaşlığın hər iki ölkənin kənd təsərrüfatının inkişafına mühüm töhfələr verəcəyini diqqətə çatdırıblar. Həmçinin, brifinqdə MATE-nin tədris bazası, elmi-tədqiqat sahəsində həyata keçirdiyi işlər və təcrübə imkanları barədə də məlumat verilib.
Daha sonra qonaqlar “Agro dairy” şirkətinin Samux rayonu ərazisində yerləşən əkin sahələrinə baş çəkiblər.
Oxşar xəbərlər
Azərbaycanla Macarıstan arasında elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib
“AzerGold”un icra etdiyi “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi sona çatıb
Londonun mərkəzində fermerlər etiraz aksiyası keçiriblər
“AzerGold”un icra etdiyi “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsi sona çatıb - FOTO
"Grand Agro" MMC beynəlxalq formatlı layihəyə qoşulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













