Məcnun Məmmədov: Ət istehsalımız istehlakı qarşılaya bilmir
Son beş ildə ölkədə heyvanların sayında azalma müşahidə olunur.
"APA-Economics" xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O qeyd edib ki, bununla belə, ət istehsalında və adambaşına ət istehlakında artım müşahidə edilir:
"Artan ət istehsalı, təəssüf ki, artan ət istehlakını qarşılaya bilmir və buna görə də ət idxalı son illərdə artıb. Qeyd edim ki, bu sahənin qarşısında duran əsas çağırışlardan biri məhz məhsuldarlıqdır. Heyvandarlıqda məhsuldarlıq bu gün istəniləndən daha aşağıdır. Eyni zamanda, sürüdə cins heyvanların sayı cəmi 2,5% təşkil edir. Bu da, təəssüf ki, bizə məhsuldarlığı ciddi şəkildə artırmağa şərait yaratmır. Bu nöqteyi-nəzərdən məhz heyvandarlıq sahəsində intensivləşmənin nəyə görə vacib olduğunu təqdim etmək istəyirəm. Bitkiçilik sektorunda olduğu kimi, heyvandarlıq sektorunda da biz həm süd, həm də ət istehsalında ekstensiv təsərrüfatların artıq öz inkişaf imkanlarını tükətdiyini görürük. Son beş ildə də əsas artımın məhz intensiv təsərrüfatların hesabına olduğunu görürük. Halbuki, onların sayı bu gün Azərbaycanda azdır və biz onların artırılmasına nail olmalıyıq. Eyni zamanda, intensivləşmə ilə bağlı qeyd edim ki, əgər ailə təsərrüfatında yerli bir cins inək ildə 1800 litr süd verirsə, intensiv təsərrüfatlarda bir inək başına məhsuldarlıq 7500 litrdir, hətta az sayda olsa belə, bəzi təsərrüfatlarda 10 min-12 min litrə çatır. Eyni mənzərəni biz intensiv təsərrüfatlarda mal ətində də görə bilirik".
Oxşar xəbərlər
Məcnun Məmmədov: "Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur"
İqlimə davamlı kəndlər üzrə forumun yaradılması ilə bağlı bəyannamə imzalanıb
Nazir: İdxal etdiyimiz aqrar məhsulların 25%-ni tam əvəzləyə bilərik
Nazir: Kənd təsərrüfatı sahəsində su çatışmazlığı və iqlim dəyişikliyi məsələlərinin həlli üzrə Milli Adaptasiya Planı hazırlayırıq
Nazir: COP29-da iştirak edən tərəfləri kənd təsərrüfatı sahəsində effektiv əməkdaşlığa çağırırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
-
İran ABŞ-nin təklifinə cavab verdi
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
-
Kuba dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
