İqlimə davamlı kəndlər üzrə forumun yaradılması ilə bağlı bəyannamə imzalanıb
İqlimə davamlı kəndlər üzrə forumun yaradılması ilə bağlı bəyannamə imzalanıb.
APA xəbər verir ki, Bəyannamə COP29 çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Sədi Cəfərov iştirakı ilə imzalanıb.
İmzalanma mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, türk dövlətləri qlobal miqyasda böyük təsir və iqtisadi gücə malikdirlər:
"Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Ölkələrimiz kənd təsərrüfatı sahəsində böyük iqtisadi potensiala malikdir. Təəssüf ki, biomüxtəlifliyin itirilməsi, iqlim dəyişikliyi, torpaqların deqradasiyası və su qıtlığı aqro-ərzaq sistemlərimizə çox böyük təsir göstərir. Türk dövlətləri iqlim dəyişikliyi ilə bağlı bu problemlərlə necə mübarizə aparmalı və buna uyğun olaraq səmərəli tərəfdaşlıqlar qurması ilə bağlı Təşkilat daxilində səmərəli əməkdaşlıq etdiyimiz və qərarlar qəbul etdiyimiz kənd təsərrüfatı nazirlikləri platformamız var. Bu gün bizim təşviq etdiyimiz təşəbbüslərdən biri də Türk Dövlətləri Təşkilatının İqlimə Dayanıqlı Kəndlər Forumunun işə salınmasıdır. Əminəm ki, bu təşəbbüs bizim kənd yerlərinin inkişafı siyasətimizə müsbət təsir göstərəcək və kənd əhalisinin rifahını asanlaşdıracaq".
Oxşar xəbərlər
COP29 çərçivəsində "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü" tədbiri keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
CGİAR: İqlim dəyişikliyi və ərzaq təhlükəsizliyi bir-birinə sıx bağlıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: İqlim dəyişikliklərinin aqrar sahəyə təsiri həddən çoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ-nin kənd təsərrüfatı naziri: Azərbaycanla yaxşı tərəfdaş ola bilərik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Kənd təsərrüfatına maliyyə ayrılması üçün beynəlxalq təşkilatlarla danışıqlar aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












