Azərbaycan səfiri və Mərakeşin təhsil naziri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov Krallığın ali təhsil, elmi tədqiqat və innovasiyalar naziri, professor Azzedin Əl - Midau ilə görüşüb.
“Report”un diplomatik nümayəndəliyə istinadən verdiyi xəbərə görə, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi əsas müzakirə mövzusu olub.
Tərəflər Azərbaycan və Mərakeşin bir sıra ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdiyini, sazişlərin imzalandığını qeyd ediblər.
Onlar bu sahədə tərəfdaşlığın inkişafı üçün gələcək addımları müzakirə ediblər.
Görüşdə, həmçinin növbəti illərdə həyata keçirilə biləcək birgə layihələr, nazirlərin qarşılıqlı səfərləri, Azərbaycan və Mərakeş arasında tələbə mübadiləsi, yay məktəblərində iştirak, ikili diplomların verilməsi məsələləri müzakirə olunub.
Oxşar xəbərlər
Azərbaycanla Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Anqolanın vitse-prezidenti ADNSU-da olub
Azərbaycanla Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
"ASAN Xidmət"in rəhbəri BMT-nin beynəlxalq forumunda iştirak edir
