Mərakeşdə Azərbaycanın maliyyələşdirdiyi proqramın məzunlarına diplomlar təqdim edilib
Mərakeşin paytaxtı Rabatda Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə ICESCO tərəfindən həyata keçirilən ilk "Gənc peşəkarlar" proqramının məzunlarına diplomların təqdim edilməsi mərasimi keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov İslam dünyasının yaxşı hazırlanmış peşəkarlar qazanmasının qürur mənbəyi olduğunu bildirib.
"ICESCO İslam dünyasına bir çox sahədə çalışacaq yaxşı hazırlanmış peşəkarlar verir", - N.Səmədov bildirib.
Onun sözlərinə görə, son iki il ərzində ICESCO-ya üzv ölkələrdən olan gənc mütəxəssislər İslam dünyasının ən nüfuzlu beynəlxalq təşkilatlarından, təhsil, mədəniyyət və elm sahəsində dünyanın aparıcı qurumlarından birinin ailəsinin parçası olmaq şərəfinə nail olublar: "İnanıram ki, onlar bu həyatda hara getsələr və hansı sahədə təşəbbüslərini davam etdirsələr, uğur qazanacaqlar".
ICESCO-nun baş direktoru Salim əl-Malikin sözlərinə görə, gənclər dövlətin ən böyük sərvətidir: “Bunu dərk edib gəncləri idarəetməyə cəlb edənlər həm bu günə, həm də gələcəyə sahibdirlər”.
O, həmçinin ikinci "Gənc mütəxəssislər" proqramına müraciətlərin qəbulunun başlandığını elan edib.
Oxşar xəbərlər
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
Salim bin Məhəmməd əl-Malik: Bu gün olduğu kimi, gələcəkdə də ICESCO Azərbaycana davamlı dəstək göstərəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Bakıda “Hyundai” markalı minik avtomobili yanıb
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
-
Kanada Qran-prisinin təsnifat mərhələsinin qalibi bəlli olub
