Elnur Məmmədov: Azərbaycan 30 ildən artıqdır ki, itkin düşmüş şəxslər problemi ilə üz-üzədir
Azərbaycan hər zaman humanizm prinsiplərini rəhbər tutaraq itkin düşmüş şəxslər probleminin həlli ilə bağlı məsələnin sülh və etimad quruculuğu prosesinin mühüm tərkib hissəsi olduğunu bəyan edib.
"Sizinxeber.az" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Elnur Məmmədov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, münaqişə reallığı bu humanitar normaların kobud şəkildə pozulmasının bariz nümunəsidir:
"İtkin düşmüş şəxslər probleminin həlli yalnız bir ölkənin deyil, bütün tərəflərin birgə səylərini və şəffaf əməkdaşlığını tələb edir. İtkin düşmüş hər bir ailənin faciəsi var. Azərbaycan bu problemlə 30 ildən artıqdır ki, üz-üzədir. İtkin dşümüş şəxslər məsələsi qlobal humatinar gündəmin priotet mövzusudur".
Nazir müavini deyib ki, Azərbaycan 2020-ci il noyabr ayından etibarən heç bir qisasçılıq hissi güdmədən döyüş meydanında tapılmış təxminən 2000-dən artıq erməni hərbçinin qalıqlarını qarşı tərəfə təhvil verib:
"Hərbçilərimiz bu axtarışları çətin hava şəraitində və yüksək mina təhlükəsi altında həyata keçiriblər".
Oxşar xəbərlər
Bu ilin oktyabrında Azərbaycanda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu keçiriləcək
İlham Əliyev itkin düşmüş şəxslər probleminin həlli mövzusundakı konfransın iştirakçılarına müraciət ünvanlayıb
Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli" ilə bağlı konfrans BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb
İtkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib
Ötən ay Ağdərədə Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Türk dünyasının birliyi sayəsində yüz il əvvəlki arzular bu gün reallığa çevrilir - RƏY
-
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
