Hikmət Hacıyev İran Prezidentinin müşaviri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Hikmət Hacıyev İran Prezidentinin müşaviri ilə görüşüb


Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haıcyev İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi ilə görüşüb.

"Report" xəbər verir ki, Prezidentin köməkçisi bununla bağlı rəsmi "X" sosial media hesabında paylaşım edib.

"Görüş zamanı iki ölkənin dövlət başçılarının qoyduqları tapşırıqlara uyğun olaraq Azərbaycan və İran arasında ikitərəfli siyasi münasibətlərə dair geniş fikir mübadiləsi apardıq. Həmçinin 2025-ci ilin fevral ayında İrana səfəri zamanı aparılmış danışıqların davamı olaraq qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələləri müzakirə etdik", - paylaşımda qeyd olunub.

Oxşar xəbərlər

Hikmət Hacıyev İran Prezidentinin müşaviri ilə regional əməkdaşlığı müzakirə edib
İran Prezidentinin müşaviri Azərbaycanda səfərdədir
Hikmət Hacıyev: Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq - YENİLƏNİB
Hikmət Hacıyev İrana səfər edib
Hikmət Hacıyev Britaniyanın rəsmi şəxsləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər