Səfir: Qarşılıqlı səfərlər Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır
- 24-05-2025, 21:00
- Siyasət / Xarici siyasət
- 0
- 830
Azərbaycan ilə Gürcüstan arasında hərtərəfli əlaqələr yüksək səviyyədədir və onların inkişafında qarşılıqlı yüksək səviyyəli səfərlər mühüm rol oynayır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Heydər Əliyev Mərkəzində bu ölkənin Müstəqillik Gününə həsr olunmuş konsertdə deyib.
Səfir Gürcüstanın yüksək vəzifəli rəsmilərinin, o cümlədən dövlət və hökumət başçılarının bu yaxınlarda Azərbaycana səfərlərini, Milli Məclisin sədri Saqibə Qafarovanın bu ölkəyə səfərini məmnunluqla qeyd edib.
"İki ölkə arasında iqtisadiyyat və ticarət sahəsində də əlaqələr uğurla inkişaf edir. Biz bir çox mühüm müştərək layihələr həyata keçiririk. Mədəniyyət sahəsində də sıx əməkdaşlıq əlaqələri qurmuşuq. Bayram konsertimizin Heydər Əliyev Mərkəzində təşkil olunması xüsusi qürurvericidir. Gürcüstanın tanınmış mədəniyyət xadimləri bu səhnədə xüsusi konsert proqramı ilə çıxış edəcəklər", - Pataradze bildirib.
Səfir konsertin təşkilində göstərdikləri dəstəyə görə Azərbaycanın Mədəniyyət Nazirliyinə, Xarici İşlər Nazirliyinə və Heydər Əliyev Fonduna minnətdarlığını ifadə edib.
"Konsertdən sonra Heydər Əliyev Mərkəzi Gürcüstan bayrağının rəngləri ilə işıqlandırılacaq. Bununla bağlı Azərbaycan hökumətinə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Fürsətdən istifadə edərək, Azərbaycanı və bütün Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara sülh və firavanlıq arzulayıram", - Pataradze yekunda vurğulayıb.


width="220" alt="Gürcüstanın Müstəqillik Günü münasibətilə Bakıda qala konsert keçirilib" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />