Günay Əfəndiyeva Türkiyə XİN-in Diplomatiya Akademiyasının rəhbər və tələbə heyəti ilə görüşüb
Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva Türkiyənin Ankara şəhərinə səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasının rəhbəri İsmayıl Hakkı Musa ilə görüşüb.
"Report" xəbər verir ki, görüş zamanı Azərbaycan ilə Türkiyənin hərtərəfli əməkdaşlığının günü-gündən daha da möhkəmləndirilməsi, parlament diplomatiyası, eləcə də ortaq mədəni irsin təbliği məsələləri müzakirə olunub.
Qarşılıqlı dialoq və fikir mübadiləsi şəraitində gerçəkləşən görüşdə deputat Azərbaycan–Türkiyə münasibətlərinin strateji dərinliyi və Türk Dünyasının gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüb:
"Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər klassik diplomatik çərçivələri aşaraq, ortaq tarix, dil və mədəniyyətin üzərində yüksələn güclü qardaşlıq nümunəsidir. İki dövlətin tərəfdaşlığı beynəlxalq münasibətlərin ən səmimi və güclü təzahürlərindən biri kimi çıxış edir".
G.Əfəndiyeva 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Prezident Rəcəb Tayyip Erdoğanın rəhbərliyi ilə Azərbaycana verdiyi qətiyyətli mənəvi dəstəyin iki ölkənin qardaşlığını bütün dünyaya nümayiş etdirdiyini bildirib.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən səsləndirilən "Türk dünyası bizim ailəmizdir" ifadəsi artıq Azərbaycan–Türkiyə qardaşlığını daha geniş coğrafiyada – bütün Türk Dünyasını əhatə edən diplomatik həmrəylik modelinə çevirir.
Günay Əfəndiyeva bildirib ki, sovet dövründə türk xalqları arasında parçalanmış əlaqələr bu gün müstəqil türk dövlətlərinin iradəsi ilə yenidən bərpa olunub və artıq Türk əməkdaşlıq təşkilatları vasitəsilə sistemli əməkdaşlıq daha da möhkəmlənir:
"Hər il Türk dövlətlərinin rəhbərləri Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən Zirvə toplantılarında bir araya gəlirlər. Bu görüşlərdə ortaq gündəm və gələcək perspektivlər müzakirə olunur, tranzit, logistika, enerji, ticarət, investisiya, rəqəmsallaşma və mədəniyyət kimi müxtəlif sahələrdə əməkdaşlığa dair mühüm sənədlər imzalanır".
Oxşar xəbərlər
Günay Əfəndiyeva: Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təhsil sahəsində ortaq dil və dəyərlərlə hərəkət etməlidir
Şahin Mustafayev: Türk Akademiyasının ən mühüm layihəsi ortaq türk tarixinin yazılmasıdır
Günay Əfəndiyeva: Azərbaycan dilinin qorunması milli təhlükəsizlik baxımından əhəmiyyətlidir
Ankarada AMEA-nın 80 illiyi qeyd olunub
Türk dünyasının görkəmli şəxsiyyətləri ilə bağlı ortaq elmi layihələrin icrası müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
