AQTA: Qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni dövlət proqramı hazırlanır
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni dövlət proqramı hazırlanır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, artıq 2019–2025-ci illəri əhatə edən 1-ci dövlət proqramının icrası yekunlaşmaq üzrədir: "Hesab edirəm ki, bu proqramın icrası çox uğurla yekunlaşdırılacaq. 2-ci dövlət proqramının layihəsi isə yaxın vaxtlarda ölkə ictimaiyyətinin, sahibkarların, Milli Məclisin deputatlarının müzakirəsinə çıxarılacaq".
Bundan başqa, AQTA rəsmisi deyib ki, əlavə olaraq heyvan və bitki sağlamlığı haqqında yeni qanunlar, eləcə də bu qanunlardan da irəli gələn çoxlu sayda normativ hüquqi və texniki sənədlər hazırlanır.
Oxşar xəbərlər
AQTA-nın sədr müavini: "Bir neçə məhsulun Aİ-yə ixracında 20 %-lik "yaşıl dəhliz"ə nail olunub"
AQTA sədrinin müavini: Biomüxtəlifliyin qorunması ilə birbaşa əlaqəli olan vahid konsepsiya hazırlanmalıdır
Bu il qida zəhərlənmələri ilə bağlı AQTA-ya 238 müraciət daxil olub
Azərbaycanda milli standartlaşdırma ilə bağlı yeni proqram hazırlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
