Lüksemburqun ətraf mühit naziri Azərbaycanda səfərdədir
Lüksemburqun ətraf mühit, iqlim və biomüxtəliflik naziri Serj Vilmes BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycana səfərə gəlib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov yazıb.
“[...] Serj Vilmes COP29-da iştirak etmək üçün nümayəndə heyəti ilə birlikdə Bakıya gəlib. Qalan günlər ən sınayıcı günlər olacaq. Azərbaycana xoş gəlmisiniz!”, – diplomat qeyd edib.
Xatırladaq ki, daha əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Bakıya gəldiyini bildirmişdi.
Oxşar xəbərlər
Belçikanın Baş naziri Azərbaycana səfərə gəlib
İtaliyanın Baş naziri Azərbaycana səfərə gəlib
Misirin Baş naziri iqlim sammitində iştirak etmək üçün Azərbaycana səfərə gəlib
Xorvatiyanın Baş naziri COP29-da iştirak etmək üçün Azərbaycana gəlib
Yunanıstanın Baş naziri Azərbaycanda səfərdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













