Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.
Konfederasiyanın sədri Sahib Məmmədov Azərbaycan və Türkmənistan arasında dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edib, dövlət başçılarının siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. O bildirib ki, bu, ölkələrimizin həmkarlar ittifaqları arasında əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır. Son illərdə bu əlaqələr daha da genişlənib, qarşılıqlı səfərlər həyata keçirilib, fikir və təcrübə mübadiləsi aparılıb.
Görüşdə AHİK tərəfindən əmək hüquqlarının etibarlı müdafiəsi, üzvlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlər, yollayış sisteminin rəqəmsallaşdırılması, sanatoriya-kurort xidmətlərinin modernləşdirilməsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu təşəbbüslər həmkarlar ittifaqları sistemində səmərəliliyin artırılmasına xidmət edir.
Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri Oğulcənnət Berdiliyeva ölkəsində həmkarlar ittifaqlarının fəaliyyətindən, əmək hüquqlarının qorunması və həmkarlar ittifaqları üzvlərinin sosial müdafiəsi sahəsində görülən işlərdən bəhs edib, Azərbaycan həmkarlar ittifaqları ilə əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını bildirib.
Görüşün yekununda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd iki qurum arasında əlaqələrin institusional əsasda inkişafını, birgə təşəbbüs və layihələrin dəstəklənməsini, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Səfər çərçivəsində Türkmənistan nümayəndə heyəti AHİK-in "Kurort" Turizm İnformasiya Mərkəzinin, Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzinin fəaliyyəti ilə tanış olub. Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin nümayəndələri həmçinin "Günəşli" və "Abşeron" sağlamlıq mərkəzlərində, eləcə də "Miras" istirahət mərkəzində olub, burada göstərilən xidmətlər, müalicə-profilaktik prosedurlar, infrastruktur və istirahət imkanları ilə maraqlanıblar.
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əməkdaşlıq genişlənir
Həmkarlar İttifaqları Konfederasiyası AHİK+ layihəsini həyata keçirəcək
AHİK: Müəssisə və təşkilatlarda aşkar edilən pozuntuların 85 %-i aradan qaldırılıb
AHİK-də Özbəkistan Həmkarlar İttifaqları Federasiyasının nümayəndələri ilə görüş olub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yeni nizamnaməsi hazırlanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
