Azərbaycan sağlamlıq turizmi potensialını beynəlxalq sammitdə nümayiş etdirir
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) Bolqarıstanın Varna şəhərində keçirilən "HealthxChange Summit 2026" tədbirində iştirak edir.
"Report" bu barədə Agentliyə istinadən xəbər verir.
11-13 may tarixlərijni əhatə edən, Avropanın sağlamlıq və spa turizmi sahəsində aparıcı platformalarından biri hesab olunan sammit dövlət qurumlarını, turizm təşkilatlarını, tibbi və rekreasiya sənayesi nümayəndələrini, eləcə də beynəlxalq ekspertləri bir araya gətirir. Tədbir çərçivəsində sağlamlıq turizmində yeni tendensiyalar, innovativ yanaşmalar və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunur.
Sammitdə ATB-nin İdarə Heyətinin sədr müavini Teymur Süleyman-zadə müxtəlif panel sessiyalarında və ikitərəfli görüşlərdə iştirak edərək Azərbaycanın sağlamlıq və tibbi turizm potensialını beynəlxalq tərəfdaşlara təqdim edib. Görüşlər zamanı ölkənin zəngin təbii müalicə resursları, spa və rekreasiya imkanları, həmçinin sağlamlıq turizminin inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verilib.
Tədbirdə iştirak Avropa ölkələrində sağlamlıq turizmi üzrə tətbiq olunan keyfiyyət standartları, idarəetmə modelləri, sertifikatlaşdırma mexanizmləri ilə tanış olmaq, eləcə də bu təcrübələrin Azərbaycanda tətbiqi imkanlarını dəyərləndirmək baxımından əhəmiyyət daşıyır.
Səfər çərçivəsində ATB Avropada spa, sağlamlıq və tibbi turizm sahəsində fəaliyyət göstərən aparıcı təşkilatlardan biri olan Avropa Spa Assosiasiyasına (ESPA) məsləhətçi üzv qismində qoşulub.
Üzvlüyün məqsədi sağlamlıq turizmi sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirmək, qabaqcıl təcrübə mübadiləsini təşviq etmək və yeni tərəfdaşlıqların qurulmasına töhfə verməkdir.
Oxşar xəbərlər
Fuad Nağıyev: "Qarabağ və Şərqi Zəngəzurda sağlamlıq turizmi imkanları araşdırılıb"
Azərbaycanda tibbi turizm xidmətlərinin keyfiyyətininin mütəmadi yoxlanılması təklif olunur
Ekspert: "Azərbaycan tibbi turizm mərkəzi kimi böyük potensiala malikdir"
Dövlət Turizm Agentliyi sağlamlıq turizminə dair imkanları qiymətləndirib
Azərbaycanın turizm imkanları Çində silsilə tədbirlərlə tanıdılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
