Serbiya telekanalı Qobustandan sujet hazırlayıb
Serbiyanın "Newsmax Balkans" telekanalı Qobustan Milli Tarixi-Bədii Qoruğundan sujet hazırlayıb.
"Sizinxeber.az"un Balkan bürosu xəbər verir ki, Serbiyanın "AirSerbia" aviaşirkətinin Belqrad-Bakı ilk birbaşa reysi ilə Bakıya gələn bir qrup jurnalist Azərbaycanın tarixi yerlərini ziyarət ediblər.
Bu çərçivədə Qobustandan hazırlanan materialda bildirilib ki, həmin qoruqda Qafqazda həyatın ən qədim izlərinə rast gəlinir:
"Deyilənə görə, qayalar üzərində 20 min il əvvələ aid rəsmlər qorunub saxlanılır. Məhz buna görə də məkan bu gün UNESCO-nun Dünya İrsi siyahısına daxildir və Azərbaycanın ən mühüm tarixi nöqtələrindən biri hesab olunur".
Sujetdə daha sonra Azərbaycanın palçıq vulkanları ilə zəng olduğu vurğulanıb:
"Adi vulkanlardan fərqli olaraq, bu vulkanlar lava deyil, yerin dərinliklərindən təzyiqlə çıxan soyuq palçıq və qaz püskürür. Məhz bu təbiət hadisəsi Azərbaycanın həm neft, həm də qaz baxımından olduqca zəngin olması ilə əlaqələndirilir".
https://www.instagram.com/reel/DYCuZJyixV4/?igsh=MWI4Z2hodG15MnN0eg==
Oxşar xəbərlər
COP29 çərçivəsində xarici media nümayəndələri Qobustan Palçıq Vulkanları ilə tanış olub
"AnewZ" telekanalı Şuşanın turizm potensialı haqqında süjet hazırlayıb
Xarici media nümayəndələri üçün Qobustan Qaya Sənəti Mədəni Landşaftına və Qobustan Palçıq Vulkanlarına mediatur təşkil olunub
"Haber Global" Laçında keçirilən ECO Qadınlar Forumu ilə bağlı süjet hazırlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
