"Haber Global" Laçında keçirilən ECO Qadınlar Forumu ilə bağlı süjet hazırlayıb
Türkiyənin “Haber Global” telekanalı Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumu ilə bağlı süjet hazırlayıb.
“Report”un xəbərinə görə, süjetdə tədbirə marağın böyük olduğu bildirilib.
Qeyd olunub ki, forum çərçivəsində fərqli müzakirələrə həsr olunan müxtəlif panellər təşkil olunur.
“Tədbirə Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Pakistan, Tacikistan, Qırğızıstan, Türkmənistandan olan nazir müavinləri, deputatlar və digər rəsmilər qatılıb”, - deyə vurğulanıb.
Videomaterialda həmçinin forumun şəhərləşmə, iqlim dəyişikliyi və digər bu kimi məsələlərdə qadınların roluna diqqət çəkməsi məqsədi daşıdığı da əlavə olunub.
Laçından birbaşa efirə qoşulan “Haber Global”ın əməkdaşı ECO-nun Qadınlar Forumunun ilk dəfə keçirildiyini də xüsusilə vurğulayıb.
Oxşar xəbərlər
“Haber Global” Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin XI iclası haqqında geniş sujet hazırlayıb
“Haber Global” Azərbaycandakı parlament seçkilərilə bağlı süjet hazırlayıb
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir
"Haber Global"ın 5 yaşı tamam olur
“İƏT Həftəsi” çərçivəsində ilk dəfə Laçında Qadınlar Forumu keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













