COP29 çərçivəsində xarici media nümayəndələri Qobustan Palçıq Vulkanları ilə tanış olub
Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Qobustan Qaya Sənəti Mədəni Landşaftına və Qobustan Palçıq Vulkanlarına mediatur təşkil olunub.
"Sizinxeber.az" xəbər verir ki, UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmiş Qobustan Qaya Sənəti Mədəni Landşaftından başlayan mediaturda qonaqlar on minlərlə il əvvələ aid həyatı əks etdirən 6000-dən çox qədim petroqlifdən ibarət heyrətamiz kolleksiya ilə tanış olub, onlara Qobustan qaya rəsmləri, daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi aləti sayılan qavaldaş haqqında geniş məlumat verilib. Vurğulanıb ki, buradakı qədim qayaüstü təsvirlər ulu əcdadlarımızın min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunəsidir.
Daha sonra xarici media nümayəndələri dünyanın ən nadir təbiət hadisələrindən biri hesab edilən, zəngin biomüxtəlifliklə əhatə olunan Qobustan Palçıq Vulkanlarına ekskursiya edib, “Qılınc” palçıq vulkanını yaxından izləyiblər. Bununla yanaşı, Palçıq Vulkanları Turizm Kompleksində jurnalistlərə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri, maketi və Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral barədə məlumat verilib.
Oxşar xəbərlər
“Nine Senses” incəsənət mərkəzində “Qobustan kodlu” adlı sərgi keçirilir
Azərbaycanın bir sıra qeyri-maddi mədəni irs nümunələri İslam Dünyası İrs Siyahısına daxil edilib
COP29 çərçivəsində ölkəmizdə səfərdə olan xarici media nümayəndələri üçün mediatur təşkil olunub - FOTO
Qobustan Milli Parkının ərazisi genişləndiriləcək
Peru mətbuatı Azərbaycanın zəngin mədəniyyətindən bəhs edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












