Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb


Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb.

"Report" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Aviasiya Akademiyasında tələbələrlə görüşdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Baş Prokurorluğu gündən-günə əməkdaşlıqlarını genişləndirir:

"Azərbaycan Baş Prokurorluğu intensiv beynəlxalq əməkdşalıqlar qurur. Türk Dövlətləri Təşkilatı (TDT), MDB, Avropa İttifaqı və Beynəlxalq Prokurorlar Assosiasiyasını buna misal göstərə bilərik".

K.Əliyev Monqolustanla əlaqələrə diqqət çəkərək qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq üçün potensial mövcuddur:

"Azərbaycanla Monqolustan arasında əməkdaşlığın praktiki nəticələri olacaq".

Qeyd edək ki, Monqolustanın Baş prokuroru Jarqalsayxan Banzraqçı hazırda Azərbaycanda səfərdədir.

Oxşar xəbərlər

Azərbaycan və Monqolustan prokurorluqları arasında memorandum imzalanıb
Azərbaycanla ICAO arasında Anlaşma Memorandumu qüvvəyə minib
Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanmış Anlaşma Memorandumu təsdiq edilib
Azərbaycan və Rusiyanın Baş prokurorları Anlaşma Memorandumu imzalayıblar
Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun Direktorunu qəbul edib, Anlaşma Memorandumu imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər