Azərbaycan və Monqolustan prokurorluqları arasında memorandum imzalanıb
Azərbaycan və Monqolustan prokurorluqları arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraqın rəhbərlik etdiyi nümayəndə heyəti Baş prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycanda rəsmi səfərdədir.
Kamran Əliyevlə monqolustanlı həmkarı arasında baş tutan görüş zamanı ölkələrin siyasi rəhbərliyinin uzaqgörən siyasi baxışları və səmimi münasibətləri nəticəsində dövlətlərin arasında münasibətlərin dinamik inkişaf etdiyi qeyd edilib, hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq əlaqələrinin olması vurğulanıb.
Görüşdə Baş prokuror qonaqlara Azərbaycanın prokurorluq orqanlarının fəaliyyətinin rəqəmsallaşdırılması və yeni hüquq institutlarının tətbiqi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Jarqalsaikxan Banzraq təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qurumlar arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, ekstradisiya, hüquqi yardım, prokurorların təlimi və digər istiqamətlər üzrə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
Həmçinin görüş zamanı Jarqalsaikxan Banzraqa iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təltif olunduğu "Azərbaycan Prokurorluğunun 100 illiyi" Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.
Görüşdən sonra qonaqlar Azərbaycan Prokurorluğunun Tarix muzeyi ilə tanış olublar.
Oxşar xəbərlər
Baş prokuror monqolustanlı həmkarıyla görüşüb
Azərbaycanla Bəhreyn arasında hüquqi əməkdaşlıqla bağlı memorandum imzalanıb
Avropa Dövlət Prokurorluğunun Baş prokurorunun müavini Petr Klementin Azərbaycanda səfərdədir
Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun Direktorunu qəbul edib, Anlaşma Memorandumu imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
