Kaya Kallas Azərbaycanda səfərdədir
Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycanda səfərdədir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin məlumatında qeyd olunub.
Məlumata əsasən, Kaya Kallas bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnundur:
"Xüsusilə, ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var. Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi bizim ortaq strateji maraqlarımıza uyğundur və biz Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırıq".
K.Kallas əlavə edib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş tarixi bir fürsətdir və bu dinamikanı qoruyub saxlamaq vacibdir.
"Aİ-nin bunu dəstəkləmək üçün etimad qurucu tədbirlərdən tutmuş minatəmizləmə fəaliyyətinə qədər bir sıra vasitələri vardır ki, bu sahələrdə biz artıq ən böyük donoruq", - o vurğulayıb.
Oxşar xəbərlər
Kaya Kallas: Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır
Kaya Kallas Ermənistan prezidenti ilə Bakı ilə İrəvan arasında normallaşmanı müzakirə edib
Kaya Kallas Mirzoyanla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
