Azərbaycan BMT-nin mühüm Konvensiyasına qoşulub
Prezident İlham Əliyev tərəfindən bu ilin fevralın 23-də imzalanmış Sərəncama əsasən, Azərbaycan Respublikasının adından Birləşmiş Millətlər Təşkilatının "Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında" Konvensiyasını imzalamaq səlahiyyəti Azərbaycanın BMT yanında Daimi nümayəndəsi Tofiq Musayevə həvalə olunub.
"Sizinxeber.az" xəbər verir ki, Xarici İşlər Nazirliyinə BMT Baş katibinə müvafiq bildiriş göndərilməsi tapşırılıb. Sərəncam imzalandığı gündən qüvvəyə minib.
Cari ilin aprelin 23-də Prezidentin sərəncamına uyğun olaraq Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib.
Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında yayılan məlumatda qeyd olunub ki, Tofiq Musayev 2018-ci il dekabrın 20-də Nyu-Yorkda qəbul edilmiş "Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında" Konvensiyanı Azərbaycan Respublikası adından imzalamaq üçün BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib.
Beləliklə, sözügedən Konvensiya Azərbaycan Respublikası adından imzalanıb.
Oxşar xəbərlər
Tofiq Musayev BMT-nin barışıq sazişləri haqqında konvensiyasını imzalayıb
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi türkiyəli həmkarı ilə görüşüb
Azərbaycan BMT-dəki nümayəndəsi zimbabveli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Son tura start verilir
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
