“Pir Hüseyn Xanəgahı” və Zaqatala Tarix-Mədəniyyət Qoruqlarının əsasnamələri təsdiqlənib
“Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunun və Zaqatala Tarix-Mədəniyyət Qoruğunun əsasnamələri təsdiq edilib.
“Report” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarda qeyd olunub ki, “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən tarixi və mədəni irsə aid elementlərin, daşınar və daşınmaz abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsini, təbliğini, məqsədyönlü istifadəsini, qorunub saxlanılmasını və inkişafını təmin edən elmi tədqiqat müəssisəsi statusuna malik dövlət təşkilatıdır.
Qoruq Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Qoruğun ərazisində yerləşən abidələrin, təbiət və landşaftın təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədilə nazirliyin təklifi əsasında Nazirlər Kabineti tərəfindən Qoruğun sərhədləri və mühafizə zonası təsdiq edilir.
Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitkilər və heyvanat aləmi mövcud qanunvericiliyə əsasən meşə fonduna aid ərazilərdə meşə mühafizəsi və bərpası, eləcə də meliorasiya və su təsərrüfatı obyektlərinin və onların mühafizəsinə aid ərazilərdə aparılan meliorasiya və irriqasiya tədbirləri istisna olmaqla təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir.
Oxşar xəbərlər
“Pir Hüseyn Xanəgahı”nın sərhədləri və mühafizə zonalarını əks etdirən xəritələr təsdiqlənib
“Pir Hüseyn Xanəgahı” və Zaqatala tarix-mədəniyyət qoruqlarının sərhədləri və mühafizə zonalarını əks etdirən xəritələr təsdiqlənib
İki qoruğun sərhədləri və mühafizə zonalarını əks etdirən xəritələr təsdiqlənib
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun sərhədləri və mühafizə zonası təsdiqlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












