Meksika Dünya Kuboku tənqidləri fonunda məktəb təqvimini dəyişdirməkdən imtina edib
sizinxeber.az xəbər saytı

Meksika Dünya Kuboku tənqidləri fonunda məktəb təqvimini dəyişdirməkdən imtina edib


Meksikanın Təhsil Nazirliyi dərslərin erkən başa çatdırılması təklifinə qarşı ictimai tənqidlərdən sonra 2025-2026-cı tədris ili üçün məktəb təqvimini dəyişməz saxlamaq qərarına gəlib.

"Sizinxeber.az"un "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu ölkənin təhsil naziri Mario Delqado bildirib.

Onun sözlərinə görə, federal agentlik və ştat təhsil orqanları 185 dərs günü üçün nəzərdə tutulmuş mövcud cədvəli yekdilliklə dəstəkləyiblər. Buna görə də, tədris ili əvvəlcədən planlaşdırıldığı kimi, 15 iyulda başa çatacaq.

Tədris ilinin qısaldılması təşəbbüsü valideynlər arasında narazılıq yaradıb və futbol üzrə Dünya Kuboku ilə əlaqəli tədbirlərin ölkənin təhsil prosesinə təsir edib-etməməsi ilə bağlı müzakirələrə səbəb olub.

Oxşar xəbərlər

Bu gün məktəblərdə qış tətili başa çatır
Emin Əmrullayev: Növbəti tədris ilində kağız jurnal ləğv olunacaq
MÜTDA I sinfə qəbulla əlaqədar valideynlərə çağırış edib
Bu gün Azərbaycanda ilk dərs günüdür
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərə aydınlıq gətirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər