Si Cinpinlə Rəhmon Pekin və Düşənbənin tərəfdaşlığını "yeni dövrdə" dərinləşdirmək barədə razılığa gəliblər
sizinxeber.az xəbər saytı

Si Cinpinlə Rəhmon Pekin və Düşənbənin tərəfdaşlığını "yeni dövrdə" dərinləşdirmək barədə razılığa gəliblər


Çin Sədri Si Cinpin bu ölkəyə dövlət səfəri edən Tacikistan Prezidenti Emoməli Rəhmonla danışıqlar aparıb.

Bu barədə "Report" Çinin "CCTV+" telekanalına istinadən xəbər verir.

Si Cinpin vurğulayıb ki, Çin hər zaman olduğu kimi Tacikistanın ölkənin inkişafı, onun müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin qorunması istiqamətində atdığı addımlarını dəstəkləyəcək.

Çin agentliyi "Sinxua", öz növbəsində, qeyd edib ki, danışıqların yekunlarına əsasən dövlət başçıları iki ölkə arasında dostluq və əməkdaşlıq müqaviləsi, həmçinin Çin və Tacikistan arasında yeni dövrdə hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair Birgə Bəyannamə imzalayıblar.

Ümumilikdə, danışıqların yekunlarına əsasən tərəflər ticarət və investisiyalar, süni intellekt, ekoloji cəhətdən təmiz faydalı qazıntıların çıxarılması, media, kənd təsərrüfatı, təhsil, mənzil tikintisi, həmçinin bazarlara nəzarət kimi sahələrdə əməkdaşlığa dair böyük ikitərəfli sənədlər paketini imzalayıblar.

Oxşar xəbərlər

Emomali Rəhmon Çinə səfər edəcək
Emoməli Rəhmon: "Tacikistan ECO-ya üzv ölkələrlə ticarət dövriyyəsini artırmaqda maraqlıdır"
Rusiya və Tacikistan prezidentləri arasında görüş başlayıb
Çin şirkətləri Tacikistana 8 milyard dollardan çox investisiya yatıracaq
Putin və Cinpin danışıqların yekunu üzrə sənədlər paketi imzalayıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər