Azərbaycan nefti 5 dollardan çox bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,45 ABŞ dolları və ya 4,93 % artaraq 115,93 ABŞ dolları təşkil edib.
Bu barədə "Sizinxeber.az"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin iyul fyuçerslərinin qiyməti 110,83 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,7 ABŞ dolları və ya 5,3 % artaraq 113,3 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.
Oxşar xəbərlər
Azərbaycan nefti 4 %-dən çox bahalaşıb
Azərbaycan neftinin qiyməti 2 %-dən çox artıb
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
