Nazir: Qırğızıstan Qarabağda bərpa işlərində iştirakını davam etdirməyə hazırdır
Qırğızıstan Qarabağda həyata keçirilən bərpa işlərində iştirakını davam etdirməyə hazırdır.
Bunu APA-ya açıqlamasında Qırğızıstanın tikinti, memarlıq və mənzil-kommunal təsərrüfatı naziri Nurdan Oruntayev bildirib.
“Ötən il hörmətli Prezident Sadır Japarovun tapşırığı ilə işğaldan azad edilmiş ərazilərdə yeni müasir məktəb tikilib. Gələcəkdə də digər layihələri nəzərdən keçirməyə hazırıq”, – o qeyd edib.
Qırğızıstan nümayəndə heyətinin rəhbəri Azərbaycan təcrübəsinin onlar üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və tikinti layihələrinin diqqətlə izlənildiyini vurğulayıb.
Nazirin sözlərinə görə, Azərbaycanda keçirilən WUF13 forumu yüksək səviyyədə təşkil olunub və iştirakçılar üçün mühüm təcrübə mübadiləsi platformasına çevrilib.
“Forum çox yaxşı səviyyədə keçirilir. Tədbir ən yüksək səviyyədə təşkil olunub. Bu gün burada bütün iştirakçılar tikinti və şəhərsalma sahəsində təcrübə mübadiləsi aparmaq imkanı əldə edir”, – nazir bildirib.
O qeyd edib ki, Qırğızıstan pavilyonu forum iştirakçılarının böyük marağına səbəb olub. Pavilyonda tullantıların emalı zavodu, iri sağlamlıq kompleksi və Bişkekdə həyata keçirilən yaşayış layihələri təqdim edilir.
Azərbaycanın şəhərsalma və tikinti təcrübəsindən danışan nümayəndə heyətinin rəhbəri bildirib ki, Bakı ilə Bişkekin oxşar seysmik zonalarda yerləşməsi əməkdaşlıq üçün xüsusi əhəmiyyət daşıyır:
“Azərbaycanda artıq bir sıra müasir layihələr həyata keçirilib. Bakı da Bişkek kimi 8-9 ballıq seysmik zonada yerləşir. Buna görə də seysmik tikinti sahəsində Azərbaycanın təcrübəsi bizim üçün çox vacibdir”.
Oxşar xəbərlər
Həsən Al-Attas: Azərbaycanda mənzil tikintisi layihələri diqqət çəkir
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
Palata işğaldan azad edilmiş ərazilərdə tikinti layihələrinin pre və post auditini genişləndirəcək
Araqçi: İsrail hücumları davam etdiyi müddətdə İran heç bir tərəflə danışıqlar aparmayacaq
WUF13 çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə bağlı xüsusi təqdimatlar olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
