Almaniya kansleri: Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır
Almaniya kansleri Fridrix Merts bildirib ki, Rusiyaya qarşı yeni sanksiya paketi hazırdır və mayın 20-də Brüsseldə qəbul ediləcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə o, ZDF telekanalına müsahibəsində söyləyib.
“Bu paket hazırdır və gələn çərşənbə axşamı Brüsseldə qəbul ediləcək. Məsləhətləşmələr başa çatıb”, – Merts deyib.
Eyni zamanda, Almaniya hökumətinin başçısı vurğulayıb ki, sanksiyalar dərhal qüvvəyə minəcək.
“Onlar (məhdudiyyətlər – red.) hazırdır, qüvvəyə minir və növbəti sanksiya paketi hazırlanır”, – kansler əlavə edib.
Merts Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiya paketinə Avropada dondurulmuş Rusiya aktivlərindən istifadə etmək imkanı haqqında müddəanın daxil edilə biləcəyini istisna etməyib. Eyni zamanda, kansler etiraf edib ki, bu addım Avropa maliyyə bazarı üçün müəyyən risklə bağlıdır.
Oxşar xəbərlər
Merts: Aİ Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiya paketi üzərində işləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bloomberg: Aİ Rusiyaya qarşı növbəti sanksiya paketi qəbul etməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya Rusiyaya qarşı yeni sanksiya paketi tətbiq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-nin Rusiyaya qarşı 17-ci sanksiya paketinin yarısını Fransa XİN hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













