Latviya XİN: Türkiyənin beynəlxalq aləmdəki rolunu çox müsbət qiymətləndiririk
Türkiyənin beynəlxalq aləmdəki rolunu çox müsbət qiymətləndiririk.
“Sizinxeber.az” xəbər verir ki, bunu NATO xarici işlər nazirlərinin iclasında iştirak etmək məqsədilə Türkiyənin Antalya şəhərində səfərdə olan Latviyanın xarici işlər naziri Bayba Braje "CNN Türk"ə müsahibəsində deyib.
O bildirib ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək konstruktiv mövqe ortaya qoyur: “Türkiyə bir çox məsələdə, o cümlədən əsirlərin mübadiləsində və danışıqlarda mühüm rol oynayır”.
Nazir, həmçinin qeyd edib ki, Ankara NATO-nun mühüm tərəfdaşıdır: “Xəritədən də məlum olur ki, bütün cənub qanadımız Türkiyədir. Məsafə baxımından uzaq olmağımıza baxmayaraq, Türkiyə bizim üçün də çox önəmlidir. Türkiyə böyük gücdür”.
Diplomat, həmçinin müdafiə sənayesi sahəsində rəsmi Ankara ilə əməkdaşlığın inkişafından danışıb.
Oxşar xəbərlər
Hakan Fidan NATO XİN rəhbərlərinin iclasında iştirak edəcək
Türkiyə XİN: Ukraynadakı müharibənin ən qısa zamanda başa çatmasını istəyirik
Ömer Çelik: Türkiyə Cənubi Qafqazda sülh üçün açar rolunu oynayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
