Qazaxıstan Vyetnam ilə ildə 2 milyard dollarlıq ticarət aparmağı hədəfləyir
sizinxeber.az xəbər saytı

Qazaxıstan Vyetnam ilə ildə 2 milyard dollarlıq ticarət aparmağı hədəfləyir


2024-cü ildə Qazaxıstan və Vyetnam arasında ticarət dövriyyəsinin dəyəri 860 milyon ABŞ dolları təşkil edib.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, bu barədə Prezidenti Kasım-Jomart Tokayev Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lama ilə danışıqlarda bildirib.

O qeyd edib ki, tərəflər yaxın perspektivdə bu göstəricini 2 milyard ABŞ dollarına çatdırmaq niyyətindədirlər.

Qazaxıstan liderinin sözlərinə görə, ölkəsi Vyetnamın 2040-cı ilə qədər dünyanın 25 ən böyük iqtisadiyyatı sırasına daxil olmaq üzrə strateji hədəfini dəstəkləyir. O vurğulayıb ki, Qazaxıstan bu iddialı hədəfə çatmaqda hərtərəfli yardım göstərməyə hazırdır.

Oxşar xəbərlər

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
Qazaxıstan Prezidenti: TDT ölkələri arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ildə 45 milyard dolları ötüb
Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər