İranlı deputat: Azərbaycanla ticarət dövriyyəsi beş milyard dollara çatdırılacaq
İranla Azərbaycan arasında ticarət dövriyyəsi beş milyard dollara çatdırılacaq.
“Sizinxeber.az” İRNA-ya istinadən xəbər verir ki, bunu İran-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Ərdəbil, Nir, Nəmin və Səreyin şəhərlərinin parlamentdəki nümayəndəsi Sadif Bədri deyib.
Onun sözlərinə görə, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı iki ölkə rəhbərləri ticarət əlaqələrini beş milyard dollara qədər artırmağı razılaşdırıb.
S.Bədri bildirib ki, hazırda İran və Azərbaycan arasında ticarət əlaqələrinin səviyyəsi bir milyard dollardan azdır:
“İran Prezidentinin Bakıya səfəri zamanı əldə edilmiş razılaşmaya əsasən, bu ilin sonuna qədər iki tərəf arasında ticarət əlaqələrinin səviyyəsinin ən azı bir milyard dollara çatdırılması qərara alınıb".
Deputat vurğulayıb ki, bu səfərin reallaşması sayəsində iki tərəf arasında investisiya platforması yaradılıb:
“İran sərmayədarları Azərbaycanın, Azərbaycan investorları da İslam Respublikasının investisiya imkanlarından istifadə edə bilərlər".
Oxşar xəbərlər
Ötən il Çinlə ABŞ arasında ticarət dövriyyəsi 3,7 % artıb
Overçuk: Bu il Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsi 16 milyard dollara çata bilər
Bu il Rusiyanın Azərbaycan və digər Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 38 mlrd dollara çatacaq
Pakistan rəsmisi: “Azərbaycanla illik ticarətin dəyərini azı bir milyard dollara çatdırmalıyıq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
