Pakistan rəsmisi: “Azərbaycanla illik ticarətin dəyərini azı bir milyard dollara çatdırmalıyıq"
Pakistanla Azərbaycan arasında ticarət dövriyyəsinin illik dəyərini qarşıdakı bir neçə ildə azı bir milyard ABŞ dollarına çatdırmaq üçün birgə səylər göstərilməlidir.
“Sizinxeber.az” “Associated Press of Pakistan”a istinadən xəbər verir ki, bunu Lahor Ticarət və Sənaye Palatasının (LCCI) prezidenti Mian Abuzar Şad bildirib.
Onun sözlərinə görə, Rusiya, Gürcüstan, İran, Türkiyə və Ermənistanla həmsərhəd Azərbaycanın coğrafi mövqeyi onu regional ticarət və nəqliyyat şəbəkələrində əsas oyunçuya çevirir: “Üstəlik, zəngin neft və təbii qaz ehtiyatlarına malik olan Azərbaycan qlobal enerji bazarında əsas ölkələrdən biri kimi tanınır”.
LCCI prezidenti qeyd edib ki, iki ölkə arasında dərin əlaqələrə baxmayaraq, real ticarət potensialından istifadə məsələsində uğur əldə olunmayıb: “2023-2024-cü illərdə Azərbaycana ixracımızın dəyəri cəmi 6 milyon ABŞ dolları, Azərbaycandan idxalımızın dəyəri isə bir neçə min ABŞ dolları təşkil edib. İki ölkə arasında ticarət dövriyyəsinin belə aşağı səviyyədə olmasının əsas səbəbi onların bir-birinin bazarları haqqında lazımi məlumatlara malik olmamasıdır”.
O vurğulayıb ki, qarşılıqlı əsasda ticarət sahəsində nümayəndə heyətlərinin təşkil edilməsi və sərgilərinin keçirilməsi ticarət əlaqələrinin genişləndirilməsi üçün çox vacib olan yeni imkanların açılmasında səmərəli olacaq.
Oxşar xəbərlər
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 1 milyard ABŞ dollarını ötüb
Çijikov: “Azərbaycanın Ukrayna ilə illik ticarət dövriyyəsinin dəyəri 500 milyon dolları ötə bilər”
Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə 2 milyard dollarlıq iş görüb
Azərbaycan və Pakistan ortaq Ticarət və Sənaye Palatası yarada bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
