Türkiyə Böyük Millət Məclisi 105-ci ildönümünü qeyd edir
Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) qurulmasının 105-ci ildönümüdür.
“Sizinxeber.az” bildirir ki, 1920-ci il aprelin 23-də Türkiyə Respublikasının ali qanunverici orqanı fəaliyyətə başlayıb.
Mustafa Kamal 1920-ci il aprelin 22-də Böyük Millət Məclisinin açılışını elan edib.
1920-ci il aprel 23-də Hacıbayram Camisində cümə namazı qılınıb, qurbanlar kəsildikdən sonra ilk TBMM, İttihad və Tərəqqi Klubu olaraq tikilən binada açılıb.
Türkiyə Konstitusiyasının 108-ci maddəsinə əsasən, qanunvericilik səlahiyyəti Türk Milləti adından TBMM Millət vəkili ümumi seçkiləri, beş ildə bir, sərbəst, bərabər, tək dərəcəli, ümumi səs əsaslarına görə, məhkəmə orqanlarının ümumi rəhbərlik və nəzarəti altında həyata keçirilir. Türkiyə Böyük Millət Məclisinin üzvləri seçildiyi dövrdə toxunulmazlıq statusuna malikdirlər.
Parlamentə seçkilər proporsional və majoritar sistem əsasında keçirilir. Axırıncı dəfə bu siyasi kampaniya 2023-cü il mayın 14-də keçirilib.
Hazırda TBMM-də Ədalət və İnkişaf Partiyası (266 yer), Milliyyətçi Hərəkat Partiyası (50), HÜDAPAR (4), DSP (1), Cümhuriyyət Xalq Partiyası (128), DEM Partiya (57), İYİ Partiya (30), SAADET Partiyası (20), DEVA (15), YRP (4), TİP (4), DP (3), EMEP (2), DBP (2), tərəfsiz (8) təmsil olunurlar.
Qeyd edək ki, 23 Aprel Türkiyədə həm də Milli Suverenlik və Uşaq Bayramıdır. 1921-ci il aprelin 23-də milli bayram kimi qeyd olunmağa başlayıb. Bu günün Milli Bayram Elan Edilməsi Haqqında Qanun, Birinci Böyük Millət Məclisinin açılışından bir il sonra 23 Aprel 1921-ci ildə qəbul edilib. O, həmin il mayın 2-də qüvvəyə minib. 1927-ci ildə Atatürkün himayəsi altında ilk dəfə Uşaq Bayramı kimi qeyd olunub.
Oxşar xəbərlər
TBMM sədri: "Can Azərbaycanla əməkdaşlığımız daim davam edəcək”
TBMM sədri: Türkiyə regionda qurulan oyunları poza bilər
TBMM sədri: Türkiyənin sözünü Rusiya da, ABŞ da eşidir
TBMM sədri: Həm Rusiya, həm də Ukraynanın razı olacağı sülhün tərəfdarıyıq
Sahibə Qafarova türkiyəli həmkarını təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












