KİV: Vaşinqton Uitkoff və Rusiya arasında növbəti görüşü planlaşdırır
sizinxeber.az xəbər saytı

KİV: Vaşinqton Uitkoff və Rusiya arasında növbəti görüşü planlaşdırır


ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiya ilə Ukrayna arasında münaqişənin sülh yolu ilə həllini müzakirə etmək üçün xüsusi elçi Stiv Uitkoffla Rusiya tərəfi arasında növbəti görüş təşkil etməyi planlaşdırır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə danışıqların gedişi ilə tanış olan mənbəyə istinadən CNN məlumat yayıb.

“Tramp administrasiyası eyni vaxtda (Avropa və Kiyev nümayəndələri ilə Londonda keçirilən görüşlə – red.) atəşkəs təklifi ilə bağlı Moskvanın razılığını əldə etmək üçün Yaxın Şərq üzrə xüsusi elçi Stiv Vitkoffla Rusiya arasında növbəti görüşü planlaşdırır”, - məlumatda deyilir.

Londonda keçiriləcək görüşdə bəzi məlumatlara görə, Vaşinqtonun Krımı Rusiyanın bir hissəsi kimi tanımasını ehtiva edə biləcək mümkün sülh sazişi müzakirə olunacaq.

Xatırladaq ki, aprelin 11-də Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda Uitkoffla görüşüb. Qapalı formatda keçirilən görüşün əsas mövzusu Ukraynadakı vəziyyət olub.

Oxşar xəbərlər

Trampın xüsusi elçisinin Moskvada Putin ilə mümkün görüşü ABŞ-də təsdiqlənməyib
Sankt-Peterburqda Putinin Trampın xüsusi nümayəndəsi ilə görüşü başlayıb
Rusiya Prezidentinin Uitkoffla görüşü başlayıb
KİV: Tramp Ukrayna üzrə xüsusi elçi təyin etməyi planlaşdırır
Putinin Trampın xüsusi nümayəndəsi ilə görüşü başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle