İran XİN başçısı AEBA rəhbəri ilə məsləhətləşmələri faydalı adlandırıb
İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Tehranda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə məsləhətləşmələrdən sonra beynəlxalq təşkilatın İrana münasibətdə müstəqil yanaşma sərgiləyəcəyinə ümidvar olduğunu bildirib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə A.Əraqçi sosial şəbəkələrdə yazıb.
"Biz agentliyin siyasətdən kənar olmasını və texniki məsələlərə diqqət yetirməsini nəzərdə tutan missiyanı Qrossiyə etibar etməyə meyilliyik", - o bildirib.
Nazir Qrossi ilə məsləhətləşmələrin faydalı olduğunu qeyd edib.
"Qarşıdakı aylarda agentlik İranın nüvə dosyesi ətrafındakı vəziyyətin sülh yolu ilə nizamlanmasında həlledici rol oynaya bilər", - o vurğulayıb.
Oxşar xəbərlər
Qrossi İranı AEBA ilə əməkdaşlığa çağırıb
AEBA-nın baş direktoru İrana gedəcək
Araqçi Tehranda AEBA-nın baş direktoru ilə danışıqlar aparıb
Qrossi: İran nüvə silahı yaratmağa yaxındır
Rafael Qrossi İrana səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













