BMT-nin daimi nümayəndəsi: İran təcavüzə cavab vermək hüququnu özündə saxlayır
Tehran ABŞ və ya İsrailin İrana qarşı istənilən təcavüzünə tez və sərt cavab vermək hüququnu özündə saxlayır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasına ünvanladığı məktubda bildirib.
"İran regionda sülh, sabitlik və təhlükəsizliyə sadiq qalır və gərginliyin artmasına səy göstərmir. Bununla belə, biz istənilən hərbi avantüraya qarşı qəti şəkildə xəbərdarlıq edirik, ABŞ və ya onun etibarlı nümayəndəsi olan İsrail rejiminin istənilən təcavüzünə tez və sərt cavab vermək hüququnu özümüzdə saxlayırıq", - diplomat vurğulayıb.
Xatırladaq ki, martın 30-da ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmasa, iki həftə ərzində Tehrana ikinci dərəcəli tariflər tətbiq edəcəyini bildirmişdi.
Oxşar xəbərlər
İran İsrailə qanuni cavab vermək hüququnu özündə saxladığını bildirib
KİV: İran İsrailin zərbələrinə cavab verməyə hazırdır
Məsud Pezaşkian: Tehran İsrailə cavab vermək hüququnu özündə saxlayır
İran Prezidenti: Biz müharibə istəmirik
Tramp Suriyadan qoşunların çıxarılması variantını araşdırmaq hüququnu özündə saxlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













