sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İranın Şərqi Azərbaycan əyalətində məktəbliləri daşıyan mikroavtobus aşıb, 23 şagird xəsarət alıb
İranın Şərqi Azərbaycan əyalətində Mələkan-Binab avtomobil yolunda içərisində məktəblilər olan mikroavtobusun aşması nəticəsində 23 şagird xəsarət alıb.
“Report” xəbər verir ki, məlumatı “Tasnim” yayıb.
Bildirilib ki, mikroavtobusda 26 şagird olub. Məlumata görə, qəzaya səbəb olaraq sürücü diqqətsizliyi, həmçinin yağış və sürüşkən yol göstərilir.
Vurğulanıb ki, Şərqi Azərbaycan əyalətinin Prokurorluğu hadisə ilə əlaqədar yol polisinə tam hesabat hazırlamaq və qəzanın təqsirkarlarını müəyyən etmək üçün lazımi tədbirlər görmək məqsədilə məsələni hərtərəfli araşdırmaq barədə göstəriş verib.
Oxşar xəbərlər
İranın şimalında avtobus qəzaya uğrayıb, azı 55 nəfər xəsarət alıb
İranın Qərbi Azərbaycan əyalətində 65 məktəbli dəm qazından zəhərlənib
Çilidə internat məktəbində “Molotov kokteyli”nin partlaması nəticəsində 35 şagird xəsarət alıb
Hacıqabulda mikroavtobus aşıb, 3 nəfər xəsarət alıb - FOTO
Türkiyədə işçiləri daşıyan mikroavtobus aşıb, ölənlər və yaralananlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











