Ermənistan hakimiyyəti mis-molibden kombinatı ilə bağlı münaqişəyə müdaxilə etməyəcək
sizinxeber.az xəbər saytı

Ermənistan hakimiyyəti mis-molibden kombinatı ilə bağlı münaqişəyə müdaxilə etməyəcək


Ermənistan İqtisadiyyat Nazirliyi yaranmış mübahisənin həlli üçün Zəngəzur mis-molibden kombinatının rəhbərliyi və həmkarlar ittifaqı arasında dialoqa ümid edir.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Gevork Papoyan brifinqdə bildirib.

Onun sözlərinə görə, bütün mübahisələrin həllini hökumətin üzərinə qoymaq olmaz, bunun üçün institusional mexanizmlər lazımdır. İşçilərlə müəssisə rəhbərliyi arasında mübahisələrin həlli üçün həmkarlar ittifaqları kimi institut da mövcuddur.

"Yalnız onu əlavə edə bilərəm ki, ən yaxşı həll kombinatın işini mümkün qədər tez bərpa etməkdir. Kombinatın fəaliyyətsiz olduğu hər bir gün ölkə iqtisadiyyatına təsir edir, istehsal və ixrac həcminin azalması isə sosial nəticələrə səbəb ola bilər", - nazir qeyd edib.

Daha əvvəl verilən məlumata görə, kombinat işçiləri arasında silah tətbiq edilməklə dava baş verib. İnsident tətil edən əməkdaşlarla tətilə qarşı çıxanlar arasında olub. Etirazçılar odlu silah və bıçaqlarla işi davam etdirmək istəyənlərə hücum ediblər.

Kombinat əməkdaşlarının bir hissəsi artıq yeddinci gündür ki, tətil edir. Onlar əməkhaqqının 50 % artırılmasını tələb edirlər.

Oxşar xəbərlər

Ermənistanda mis-molibden kombinatının işçiləri maaşlarının artırılmasını tələb edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zəngəzur Mis-Molibden Kombinatının əməkdaşı iş yerində ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan Maliyyə Nazirliyi: Aİİ-dən çıxmağın ölkə üçün böyük riskləri ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan: Ölkəmizdə istehsal edilən alkoqollu məhsulları konyak adlandırmaq olmaz [xfgiven_updateblue][/xfgiven_updateblue]
Erməni nazir: Avrasiya İqtisadi İttifaqından çıxmağı planlaşdırmırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle