Paşinyan: Ölkəmizdə istehsal edilən alkoqollu məhsulları konyak adlandırmaq olmaz
Ölkənin alkoqollu məhsullarını konyak adlandırmaq olmaz.
“Sizinxeber.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə hökumətin iclasında bildirib.
Paşinyanın sözlərinə görə, son yüz ildə etiketlərin üzərində “konyak” yazılır.
“Konyak Fransanın qeyri-maddi dəyəridir. Erməni konyakı deyil - erməni brendisi deməliyik", - o bildirib və əlavə edib ki, hətta ailələrdə də konyakı brendi adlandırmaq lazımdır.
Baş nazirin sözlərinə görə, əgər yeni ad düşünüb tapmaq alınmırsa, "brendi" adı ətrafında nə isə fikirləşmək lazımdır.
İqtisadiyyat naziri Gevork Papoyan isə bildirib ki, Aİ-nin köməyi ilə erməni istehsalçılar öz məhsullarını brendi kimi brendləşdirməyə başlayıblar.
Oxşar xəbərlər
Belarus Ermənistanın "Ararat konyak zavodu"nun məhsullarına qadağa qoyub
KİV: Ermənistan konyaklarının 90 %-nin təhlükəli olduğu aşkarlanıb
Ölkənin təhlükəsizlik strukturları səmərəsizdir - Paşinyan
Azərbaycan Ticarət Evi hər il Belarusa 1 milyon dollarlıq mal satır
Azərbaycanda siqaret və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









