Gürcüstanın Baş naziri: “Avropa Şurası ilə əməkdaşlığı davam etdirəcəyik”
sizinxeber.az xəbər saytı

Gürcüstanın Baş naziri: “Avropa Şurası ilə əməkdaşlığı davam etdirəcəyik”


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Avropa Şurasının üzvü kimi əməkdaşlığa tam açıq olduğunu bildirib.

“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, o, bu barədə “İmedi” telekanalının “Həftənin icmalı” verilişində bildirib.

Baş nazir qeyd edib ki, Avropa Şurasının baş katibi Gürcüstana səfəri zamanı konkret məsələlər üzrə razılıq əldə olunub:

“Parlament Assambleyası böyük əhəmiyyət daşımır, lakin biz Avropa Şurasının üzvü olaraq qalırıq. Baş katiblə konkret məsələlərdə razılığa gəldik və təşkilatla əməkdaşlığı davam etdirəcəyik”, - Kobaxidze vurğulayıb.

Xatırladaq ki, əvvəlcə AŞ PA, Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini müəyyən məhdudiyyətlərlə qəbul edib, tam çıxarılmasına dair təklifi rədd edib. Buna cavab olaraq, hökumət AŞ PA-da iştirakını dayandırıb, Gürcüstana qarşı “ədalətsiz yanaşma”nın dayandırılmasını tələb edib.

Oxşar xəbərlər

Kobaxidze AŞPA-nın təkrar seçkilərlə bağlı qətnaməsini absurd adlandırıb
Kobaxidze Gürcüstanın Avropaya inteqrasiyası öhdəliklərinə sadiq qaldığını bildirib
İrakli Kobaxidze: Rusiyanın Gürcüstana təsiri yoxdur
Kobaxidze: Avropa bürokratiyasında müşahidə edilən ədalətsizlik aradan qalxarsa, AŞPA-da fəaliyyət bərpa ediləcək
Gürcüstanın Baş naziri: Müxalifət etiraz aksiyaları üçün dəstək tapmaqda çətinlik çəkir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle