Kobaxidze: Avropa bürokratiyasında müşahidə edilən ədalətsizlik aradan qalxarsa, AŞPA-da fəaliyyət bərpa ediləcək
Avropa bürokratiyasında müşahidə edilən ədalətsizlik, yanlış yanaşma və problemlər aradan qalxarsa, təbii ki, Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) fəaliyyəti bərpa ediləcək.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.
Baş nazir əlavə edib ki, AŞPA simalarından birinin ukraynalı deputat Aleksey Qonçarenko olması assambleyanın fəaliyyətindəki uyğunsuzluqları tamamilə məntiqli edir.
Onun sözlərinə görə, Qonçarenko Gürcüstandan ikinci cəbhə açmağı birbaşa tələb edib.
“Bu, kollektiv qonçarenkoların qərarı idi. O, bizdən Suxumi və Sxinvaliyə hərbi hücum etməyi tələb etmişdi. Buna nail ola bilmədi, indi isə bizi cəzalandırmağa çalışır. Gürcüstan Qonçarenko və onun kimilərin cəzalandıracağı ölkə deyil,” – deyə Kobaxidze vurğulayıb.
Qeyd edək ki, Gürcüstanın AŞPA-dakı nümayəndə heyəti yanvarın 29-da qurumda fəaliyyətini dayandırdığını elan edib. Nümayəndə heyəti bu addımı AŞPA-nın Tbilisini yeni parlament seçkilərinin keçirilməsinə və bir sıra digər şərtlər irəli sürən qətnamə qəbul etməsindən sonra atıb.
Oxşar xəbərlər
Kobaxidze AŞPA-nın təkrar seçkilərlə bağlı qətnaməsini absurd adlandırıb
Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Macarıstanlı deputat: Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq yanlış qərar idi
Giya Abaşidze: Avropa Gürcüstanın suverenliyini təhdid edir
İrakli Kobaxidze: Müxalifət intihar vəziyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
