Kobaxidze Gürcüstanın Avropaya inteqrasiyası öhdəliklərinə sadiq qaldığını bildirib
sizinxeber.az xəbər saytı

Kobaxidze Gürcüstanın Avropaya inteqrasiyası öhdəliklərinə sadiq qaldığını bildirib


Biz Gürcüstanın Avropaya inteqrasiyası öhdəliklərinə sadiq qalırıq.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan münasibətlərdəki çətinliklərə baxmayaraq, Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirir.

"Münasibətlərdəki çətinliklərə baxmayaraq, biz Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirəcəyik və bunun daha bir təzahürü ondan ibarətdir ki, biz bütün öhdəliklərimizi, o cümlədən müvafiq sənədin Avropa Komissiyasına təqdim edilməsi ilə bağlı öhdəliklərimizdən birini yerinə yetiririk. Bu, iqtisadi islahat planıdır, üç ili - 2025, 2026 və 2027-ci illəri əhatə edir. Biz məsələlərə dair aydın baxışımızı Avropa Komissiyasına təqdim etmişik. Biz, təbii ki, Gürcüstanın Avropaya inteqrasiyası ilə bağlı öhdəliklərinə sadiq qalırıq", - İrakli Kobaxidze bildirib.

Oxşar xəbərlər

Kobaxidze: Gürcüstanın Aİ-yə inteqrasiyası dayandırılmayıb
Kobaxidze: Gürcüstanın məqsədi 2030-cu ilə qədər Aİ üzvü olmaqdır
İrakli Kobaxidze ilk xarici səfərini Brüsselə edib
Kobaxidze: Gürcüstan hökuməti Avropayönümlüdür
Kobaxidze: Ukraynada müharibə bitəndən sonra Gürcüstanın Qərblə münasibətlərinin bərpasına şərait yaranacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər