Gürcüstanın Baş naziri: Müxalifət etiraz aksiyaları üçün dəstək tapmaqda çətinlik çəkir
sizinxeber.az xəbər saytı

Gürcüstanın Baş naziri: Müxalifət etiraz aksiyaları üçün dəstək tapmaqda çətinlik çəkir


Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurasının prezidenti Şarl Mişelə müxalifətin etiraz aksiyaları keçirmək üçün dəstək tapmaqda çətinlik çəkdiyini bildirib.

"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, İrakli Kobaxidze Budapeştdə bu barədə Ş.Mişellə görüşündən sonra jurnalistlərə deyib.

“Şarl Mişelə Gürcüstandakı vəziyyət, o cümlədən müxalifətin xalqın dəstəyinə malik olmaması haqqında məlumat verdim. Mənim fikrimcə, belə bir şəraitdə hadisələr dörd il öncəkinə nisbətən daha asan inkişaf edəcək, çünki müxalifətin resursları yoxdur. Ona həmçinin dedim ki, hər cür müzakirəyə açığıq. Bu, bizim açıq mövqeyimizdir”, - Baş nazir deyib.

İrakli Kobaxidze Macarıstanda Avropa siyasi icması sammiti çərçivəsində Avropa liderləri ilə görüşlərini davam etdirir.

Oxşar xəbərlər

İrakli Kobaxidze: Rusiyanın Gürcüstana təsiri yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın Baş naziri: “Müxalifətin küçə etirazları ilə uğur qazanmaq üçün resursları yoxdur” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze: Azərbaycan-Gürcüstan münasibətləri çox möhkəm təməl üzərində qurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze: Səsvermənin nəticələri ilə bağlı MSK-nın elan edəcəyi istənilən qərarı qəbul edəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanın Baş naziri: ABŞ ilə münasibətlərə yenidən baxıla bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər