Ərdoğan Putinlə Slovakiyanın Rusiya qazı ilə təminatını müzakirə etməyi planlaşdırır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə rusiyalı həmkarı Vladimir Putinlə Slovakiyaya təbii qaz nəqli perspektivlərini müzakirə etməyi planlaşdırır.
"Report"un xəbərinə görə, o, bunu Ankarada Slovakiyanın Baş naziri Robert Fiço ilə birgə mətbuat konfransında deyib.
"Təbii qaz məsələsinə gəlincə, Ukrayna ərazisindən tranzitin dayandırılması ilə Slovakiyaya verilən qaz kəsildi. Bu məsələni müzakirə etdik. "Türk axını" qaz kəmərimiz var. Gəlin, bir addım ataq və bu mövzunu energetika nazirləri səviyyəsində müzakirə edək. Slovakiyanın təbii qaza olan ehtiyacı ödənilməlidir. Mən bu məsələnin Rusiya xarici işlər naziri Sergey Lavrov və cənab Putinlə danışıqlar yolu ilə həllini təklif etdim", - Ərdoğan bildirib.
Türkiyə lideri bu həftə ərzində maraqlı tərəflərlə danışıqlar apara biləcəyinə ümidini ifadə edib.
Oxşar xəbərlər
Putinin Slovakiyanın baş naziri ilə görüşünün təfərrüatları bəlli olub
Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə edib
Ərdoğan: Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir
Slovakiyanın Baş naziri: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edə bilər
Slovakiyanın Baş naziri Avropa Komissiyası ilə qaz tranzitinə dair müzakirələr aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













