Ərdoğan: Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir
sizinxeber.az xəbər saytı

Ərdoğan: Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir


ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla dostluğun davam etməsi Türkiyə üçün vacibdir.

Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Slovakiyanın Baş naziri Robert Fiço ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ankara Tramp administrasiyasının Rusiya-Ukrayna müharibəsini bitirməklə bağlı təşəbbüslərini dəstəkləyir:

“Trampla müzakirələrimizdə bu məsələ barədə danışacağıq. Onun hakimiyyətinin ikinci dövrünün bütün dünya üçün xeyirli olmasını arzulayıram”.

Ərdoğan vurğulayıb ki, Türkiyə Ukraynadakı müharibənin bitməsi üçün öhdəsinə düşəni edir: “Biz müharibənin yox, sülhün tərəfdarıyıq. Nə varsa, sülhdə var. Müharibə ilə nəyəsə nail olmaq mümkün deyil”.

Oxşar xəbərlər

Slovakiyanın Baş naziri: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi edə bilər
Zelenski Trampla danışıb
Türkiyə XİN: Ukraynadakı müharibənin ən qısa zamanda başa çatmasını istəyirik
Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlüyünü heç vaxt güzəştə getməyəcək
Ərdoğan: Türkiyə Ukrayna münaqişəsi ilə bağlı İstanbul prosesini bərpa etməyə hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər