Paşinyan Əhmədianla "Şimal-Cənub" avtomobil yolunun tikintisi ilə bağlı məsələni müzakirə edib - YENİLƏNİB
Ermənistanın baş naziri Nikol Paşinyan və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ikitərəfli münasibətlərin dinamik inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Onlar tərəflərin texnologiya, sənaye, energetika, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlıq üçün yeni imkanlarının olduğuna əminliklərini ifadə ediblər.
"Şimal-Cənub" avtomobil yolunun tikintisində İran tərəfi ilə əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. Tərəflər avtomobil yolunun tikintisinin, həmçinin ikitərəfli ticarət dövriyyəsinin və yük daşımalarının həcminin artırılmasına yeni təkan verəcəyinə əminliklərini bildiriblər.
N.Paşinyan vurğulayıb ki, Ermənistan hökuməti bütün istiqamətlərdə ikitərəfli əməkdaşlığın ardıcıl inkişafında və genişləndirilməsində maraqlıdır.
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün İrəvana səfər edən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Oxşar xəbərlər
Qriqoryan iranlı həmkarı ilə regional prosesləri, ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib
Paşinyan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibini qəbul edib
Paşinyan və Overçuk Ermənistan-Rusiya münasibətlərinin gündəliyini müzakirə ediblər
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
