Qriqoryan iranlı həmkarı ilə regional prosesləri, ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Tərəflər regional prosesləri və Ermənistan-İran əməkdaşlığının perspektivlərini müzakirə ediblər. Ermənistan və İran arasında ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd edən həmsöhbətlər artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı müzakirə aparıb və yeni əməkdaşlıq yollarını müəyyən ediblər.
Görüşdə iqtisadi əlaqələrin inkişafı məsələsinə toxunulub, infrastrukturun inkişafı layihələri barədə fikir mübadiləsi aparılıb.
Danışıqlar zamanı onlar ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafının vacibliyinə əsaslanan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd ediblər.
Oxşar xəbərlər
Armen Qriqoryan Yaponiya XİN başçısı ilə Cənubi Qafqazdakı prosesləri müzakirə edib
Ermənistan TŞ-nin katibi və ABŞ dövlət katibinin köməkçisinin müavini Bakı ilə İrəvan arasında sülh danışıqlarını müzakirə ediblər
Ermənistan və İran XİN başçıları ikitərəfli gündəlikdə duran məsələləri müzakirə ediblər
Rusiya Təhlükəsizlik Şurasının katibi İrana gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
